...

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsini müzakirə edib

Siyasət Materials 12 Avqust 2011 10:58 (UTC +04:00)
Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri arasında keçirilən görüşdə Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsi müzakirə olunub
Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsini müzakirə edib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri arasında keçirilən görüşdə Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsi müzakirə olunub.

Trend-in Rusiya Müdafiə Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında görüş olub. Görüşdə nazirlər ikitərəfli hərbi əməkdaşlığın aktual mövzularını və Qəbələ radiolokasiya stansiyasının istifadəsi perspektivlərini müzakirə ediblər.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iyulun 24-25-də Azərbaycanda səfərdə olub. O, keçirdiyi görüşlərdə Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti