...

Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur(FOTO)

Siyasət Materials 15 Avqust 2011 23:44 (UTC +04:00)
Avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının istismara verilən birinci mərhələsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur.
Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur(FOTO)

Avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının istismara verilən birinci mərhələsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur.

Bildirildi ki, dövlətimizin başçısının 2007-ci ildə təməlqoyma mərasimində iştirak etdiyi bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılan layihələrin müasirliyinin və mükəmməlliyinin təsdiqinə sübutdur. Qeyd olundu ki, bəndin uzunluğu 1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Vurğulandı ki, Taxtakörpü Su Anbarı bəndində artıq 97 metr hündürlüyündə tökmə işləri aparılmışdır. Bəndin gövdəsində reallaşdırılacaq 24 milyon kubmetr həcmində torpaq işlərindən 18 milyon kubmetri artıq yerinə yetirilmişdir.

Bildirildi ki, ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaradacaq, eləcə də ölkəmizin şimal bölgəsində ekoloji tarazlığın yaranmasında mühüm rol oynayacaqdır. Yalnız Sitalçay və Ceyranbatan nasos stansiyalarını ləğv etməklə suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcəkdir. Bundan başqa, həmin layihənin yekunlaşması ilə respublikamızın şimal bölgəsində 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına əlverişli zəmin yaranacaqdır. Gələcəkdə isə şimal çaylarından suyun götürülməsi layihələrinin həyata keçirilməsi və 30 min hektar yeni suvarılan sahənin əkin dövriyyəsinə daxil edilməsi qarşıya məqsəd qoyulmuşdur.

Bəndin tunel hissəsi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bənddə qapısız sutullayıcı və suqəbuledici qurğuları, enerji tuneli, su elektrik stansiyasının tikintisi və burada ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbinin quraşdırılması nəzərdə tutulmuşdur.

Tuneldə giriş və çıxış başlıqlarının tikintisi, enerji tunelində qazma işləri başa çatdırılmış, betonlama, qəza sutullayıcısında və su elektrik stansiyasının binasında isə inşaat işləri davam edir. Obyektdə tikinti işlərinin 2013-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur.

Sonra dövlətimizin başçısı Taxtakörpü-Ceyranbatan kanalının tikintisində işlərin gedişi ilə tanış oldu. Məlumat verildi ki, bu kanalın tikintisində məqsəd mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan Su Anbarına çatdırmaqdır.

Beton üzlüklü həmin hidrotexniki qurğunun ümumi uzunluğu 110 kilometr 330 metr olacaqdır.

Kanalın dibdən eni 2 metr, dərinliyi isə 4 metrdir. Burada mürəkkəbliyi ilə fərqlənən 10 düker, 2 akveduk, 1 tunel, 50 körpü, 231 selötürücü və 1 sutullayıcı qurğu inşa olunacaqdır. Tikinti zamanı 20 milyon kubmetrdən çox torpaqqazma, 6 milyon kubmetrə qədər tökmə torpaq, 393 min kubmetrədək beton işlərinin görülməsi nəzərdə tutulmuşdur.

Bildirildi ki, ötən müddətdə 87 kilometrlik açıq kanalın 37 kilometrlik hissəsində beton üzlük qoyulmuş, ümumi uzunluğu 9,2 kilometrə çatan 10 dükerdən 9-nun tikintisi başa çatdırılmış, bir akvedukun inşası tamamlanmışdır və qazma işləri başa çatdırılan tuneldə betonlama aparılır. İndiyədək kanalın 12,1 kilometrlik qapalı hissəsinin 9,6 kilometri tikilmişdir. Hazırda kanalın üzərindəki digər hidrotexniki qurğularda tikinti işləri davam edir. Bu obyektin inşasının da 2013-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində həyata keçirilən kompleks işlərlə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verdi, melioratorlara və inşaatçılara uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti