...

İraq XİN-in keçmiş rəhbəri Tarik Əziz mümkün qədər tez edam edilməsini xahiş edir

Siyasət Materials 18 Avqust 2011 13:40 (UTC +04:00)
İraqın Baş nazirinin keçmiş müavini və xarici işlər naziri Tariq Əziz ölkənin hazırkı Baş naziri Nuri əl-Malikiyə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraq məhkəməsinin onun barəsində çıxardığı edam hökmünün yerinə yetirilməsinin maksimum tezləşdirilməsi xahişi ilə müraciət edib.
İraq XİN-in keçmiş rəhbəri Tarik Əziz mümkün qədər tez edam edilməsini xahiş edir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

İraqın Baş nazirinin keçmiş müavini və xarici işlər naziri Tarik Əziz ölkənin hazırkı Baş naziri Nuri əl-Malikiyə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraq məhkəməsinin onun barəsində çıxardığı edam hökmünün yerinə yetirilməsinin maksimum tezləşdirilməsi xahişi ilə müraciət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Radio Sava" İraq XİN-in keçmiş rəhbərinin vəkili Badia Arifin bəyanatına istinadən məlumat verib.

Əziz Nuri əl-Malikiyə ünvanladığı və "son istəyinin - edam gününün yaxınlaşdırılmasını israrla xahiş etdiyi" məktubu məhz ona verib. Arifin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin İraq hakimiyyətinə müraciət etməsinə səbəb "səhhətinin kəskin pisləşməsi"dir.

Əzizin qohumları dəfələrlə onun səhhətindəki ciddi problemlərlə bağlı həbsdən azad edilməsini xahiş ediblər: o, ağciyər, diabet və hipertoniya xəstəliklərindən əziyyət çəkir. 2010-cu ilin yanvarında sabiq XİN rəhbəri insult keçirib. Nəticədə bir müddət danışmaq qabiliyyətini itirib.

74 yaşlı Tariq Əziz uzun illər ərzində İraq rəhbərliyində əsas fiqurlardan biri və 2006-cı il dekabrın 30-da məhkəmənin hökmü ilə dar ağacından asılan Səddam Hüseynin yaxın ətrafında yeganə xristian olub. 2003-cü ilin aprelində Əziz könüllü olaraq İraqdakı ABŞ komandanlığına təslim olub. 2010-cu ilin oktyabrında məhkəmə Əzizi 1999-cu ildə şiə müsəlmanların siyası hərəkatına divan tutulmasında iştirak etdiyinə görə dar ağacından asılmaqla edam cəzasına məhkum edib.

Xəbər lenti

Xəbər lenti