...

Qəddafi vasitəçilərin əli ilə 25 ton qızılı satmaq niyyətindədir

Siyasət Materials 25 Avqust 2011 15:01 (UTC +04:00)
Qəddafi vasitəçilərin əli ilə 25 ton qızıl satmaq niyyətindədir
Qəddafi vasitəçilərin əli ilə 25 ton qızılı satmaq niyyətindədir

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Müəmmər Qəddafi Liviya qəbilələrinə öz müdafiəsi və dəstəyi üçün haqqı ödəyə bilmək üçün xarici vasitəçilərin əli ilə ölkədən kənarda 25 ton qızıl satmaq niyyətindədir. Belə bəyanatla "Corriere della Sera" qəzetində müxalifətin tərəfinə keçən Liviya Mərkəzi Bankının rəhbəri Fərhad Benqdara çıxış edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

Benqdaranın fikrincə, "Qəddafi bəzi qəbilələri və onların silahlı birləşmələrini ələ almağa çalışır ki, Liviyada xaosu davam etdirə bilsin". Liviyanın qızıl ehtiyatları təxminən 10 milyard dollar həcmində qiymətləndirilir. Qəddafi bu ehtiyatın bir qismini aparıb və ondan öz məqsədləri üçün istifadə etmək məqsədilə gizlətməsi mümkündür", - Benqdara hesab edir.

Hazırda Liviya müxalifətinin milli bank sisteminin dəstəklənməsi və idxal ödəmələri üçün təcili olaraq 5-7 milyard dollar borca ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti