...

Səməd Seyidov: Azərbaycana siyasi məhbuslarla bağlı əlavə məruzəçinin təyin olunması obyektivlikdən uzaqdır

Siyasət Materials 26 Avqust 2011 11:14 (UTC +04:00)
Azərbaycana siyasi məhbuslarla bağlı əlavə məruzəçinin təyin olunması obyektivlikdən uzaqdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.
Səməd Seyidov: Azərbaycana siyasi məhbuslarla bağlı əlavə məruzəçinin təyin olunması obyektivlikdən uzaqdır

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycana siyasi məhbuslarla bağlı əlavə məruzəçinin təyin olunması obyektivlikdən uzaqdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

"Məruzəçilərin təyin olunması, Azərbaycan üzrə hansısa səlahiyyətli şəxslərin göndərilməsi, fikrimcə, o qədər də düzgün deyil. Çünki Azərbaycan üzrə Monitorinq komitəsinin iki məruzəçisi var", - Seyidov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi həmin məruzəçilərlə çox konstruktiv iş aparır.

"Həmin məruzəçilərin tənqidi yanaşmaları olduqca kəskindir, ancaq onlar AŞ-nin Monitorinq komitəsinin təyin etdiyi məruzəçidirlər və biz də bu komitənin üzvüyük. Biz bu məruzəçilərlə işləyirik. Əlavə hansısa, guya siyasi məhbus üzrə və ya digər məruzəçilərin təyin olunması obyektiv yanaşma deyil. Ona görə ki, insan haqları, Qarabağ üzrə məsələlər, qanunun aliliyi, demokratiyanın inkişafı məsələləri Monitorinq komitəsinin təyin etdiyi məruzəçilərin işi çərçivəsinə daxildir", - Seyidov vurğulayıb.

Millət vəkili hesab edir ki, eyni mövzunu əlavə olaraq müzakirə etmək həm konstruktivlikdən uzaqdır, həm də qeyri-obyektiv yanaşmadır.

"Biz heç vaxt razı olmayacağıq ki, bu yanaşma özündə ikili standartları əks etdirsin", - o bildirib.

Seyidov qeyd edib ki, Azərbaycan AŞ ilə insan haqları sahəsində əməkdaşlıq edir və bu iş uğurla aparılır.

Xəbər lenti

Xəbər lenti