...

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümyəndəsi təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Avqust 2011 14:02 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefort təyin edilib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin məlumatında deyilir.
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümyəndəsi təyin edilib (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonrakı hissə əlavə olunub (ilk xəbər saat 13:40-da yayılıb)

Аzərbaycan, Bakı, 26 avqust /Trend/

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefort təyin edilib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin məlumatında deyilir.

Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifinə əsaslanan qərarla Lefort Pyer Morel və Piter Semnebini 2011-ci il sentyabrın 1-dən 2012-ci il iyunun 30-dək əvəz edəcək.

İttifaqın siyasi məqsədlərinə nail olması üçün Aİ mandatı özündə hökumətlər, parlamentlər, digər əsas oyunçularla, regiondakı məhkəmə sisteminin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə əlaqələrin yaradılmasını, region ölkələrinin ümumi təhlükəsizlik təhdidləri, terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ümumi maraq kəsb edən regional mövzularla bağlı əməkdaşlığın təşviqini, münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun dinc yolla nizamlanmasını və belə nizamlamaların Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Minsk qrupu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsinə yardım etməyi birləşdirir.

Filipp Lefort 20 ildən artıq təcrübəyə malik fransalı diplomatdır. O, karyerasının böyük hissəsini Qafqaza və Rusiyaya həsr edib, Fransanın Gürcüstandakı səfiri (2004-2007-ci illər) olub, eləcə də Fransanın Rusiyadakı səfirinin müavini(2007-2010-cu illər) vəzifəsində çalışıb. 2010-cu ildən Fransa XİN-in Kontinental Avropa Departamentinin rəhbəri olub.

Xəbər lenti

Xəbər lenti