...

Azərbaycan Prezidenti İlham Əliyev nigeriyalı həmkarına başsağlığı verib

Siyasət Materials 27 Avqust 2011 21:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Qudlak Conatana başsağlıq məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev nigeriyalı həmkarına başsağlığı verib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Qudlak Conatana başsağlığı məktubu ünvanlayıb.

"Abuca şəhərində terror aktı törədilməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik", - məktubda deyilir.

Prezident İlham Əliyev həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Xəbər lenti

Xəbər lenti