...

Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilə bilər

Siyasət Materials 5 Sentyabr 2011 16:54 (UTC +04:00)
Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilə bilər.
Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilə bilər

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilə bilər. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Müsavat Divanının bazar ertəsi keçirilən toplantısında partiyanın qurultayına hazırlığın gedişi barədə məlumat, Nizamnamə və Proqrama dəyişikliklər haqqında təkliflər dinlənilib. Qərarların icra vəziyyəti və görülən işlər haqqında da məlumat verilib.

Toplantıda Cəlilabad, Yevlax və Balakən rayonlarında İctimai Palatanın regional təşkilatlarının yaradılması barədə məlumat dinlənilib.

İctimai-siyasi vəziyyət bölümündə Cənubi Azərbaycanın Urmiya gölünün qurudulmasının əleyhinə 27 avqustda başlayan, sentyabrın 3-də Təbriz və Urmiya başda olmaqla, bir çox şəhərlərdə davam edən və on minlərlə insanın iştirak etdiyi etiraz hərəkatları müzakirə edilib. Cənublu soydaşlarımızın fədakar mübarizəsi təqdir edilib, hərəkat iştirakçılarına qarşı tətbiq olunan zorakılıq hərəkətləri pislənilib, həbs olunanların tezliklə azad olunması istənilib və beynəlxalq aləmin bu məsələyə diqqətinin artırılması məqsədəuyğun hesab edilib.

Müsavat Partiyasının 100 illiyinə həsr olunmuş tədbirlər müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti