...

Monteneqro Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 6 Sentyabr 2011 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Monteneqro Prezidenti Filip Vuyanoviç 15-16 sentyabrda Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Səfər zamanı təxminən 5 sənədin imzalanması nəzərdə tutulub. Bu sənədlər iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dairdir.

Bu səfərin və imzalanmaq üçün hazırlanan sənədlərin müzakirəsini nazir Elmar Məmmədyarov öz monteneqrolu həmkarı Milan Roçen ilə Belqradda görüşü zamanı müzakirə edib. Həmin görüş nazirlərin Qoşulmama Hərəkatının 50 illiyi ilə bağlı XİN rəhbərlərinin iclasında iştirakları çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti