...

Azərbaycan və Serbiya arasında hökumətlərarası komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub

Siyasət Materials 6 Sentyabr 2011 18:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Serbiyanın Baş naziri Mirko Çvetkoviç ilə görüş keçirib.
Azərbaycan və Serbiya arasında hökumətlərarası komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Belqrad şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Serbiyanın Baş naziri Mirko Çvetkoviç ilə görüş keçirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub, eyni zamanda, tərəflər arasında iqtisadi, ticarət, investisiya, energetika, turizm və hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, eyni zamanda, hökumətlərarası komissiyanın iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti