...

Azərbaycan və Rusiya prezidentləri ikitərəfli münasibətləri müzakirə edib

Siyasət Materials 14 Sentyabr 2011 15:32 (UTC +04:00)
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib
Azərbaycan və Rusiya prezidentləri ikitərəfli münasibətləri müzakirə edib

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.

Trend-in Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibəti ilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Rusiya Federasiyası Prezidenti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, öz növbəsində ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı ilə bağlı fikirlərini çatdırıb.

Prezidentlər Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti