...

Türkiyə İraqın şimalında yerüstü əməliyyatlara hazırlaşır

Siyasət Materials 14 Sentyabr 2011 16:26 (UTC +04:00)
Türkiyə İraqın şimalında yerüstü əməliyyatların aparılmasına hazırlıq görür və bu məqsədlə sərhəddə hərbi qulluqçuların və hərbi texnikanın sayını artırır.
Türkiyə İraqın şimalında yerüstü əməliyyatlara hazırlaşır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Türkiyə İraqın şimalında yerüstü əməliyyatların aparılmasına hazırlıq görür və bu məqsədlə sərhəddə hərbi qulluqçuların və hərbi texnikanın sayını artırır. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Türkiyənin hərbi vertolyotları kürd separatçılara məxsus olduğu güman edilən obyektlərin üzərində kəşfiyyat uçuşları həyata keçirirlər.

Sərhədə daha çox zirehli texnika cəmləşdirilir, sərhəddə isə müşahidə məntəqələri quraşdırılır.

Bu yaxınlarda İraqda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu bu ölkənin rəsmi şəxsləri ilə regionda terrorizmlə mübarizə, eləcə də ərazidəki PKK terrorçularının məhv edilməsi məsələlərini müzakirə edib.

Aviazərbələr avqustun 17-si axşam Türkiyənin şimal-şərqində silahlıların hücumundan sonra endirilib. Həmin hücum nəticəsində 9 türk hərbçi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də rəsmi Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə, silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti