...

Azərbaycanda bu il korrupsiya ilə bağlı 100-dək cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib

Siyasət Materials 19 Sentyabr 2011 12:10 (UTC +04:00)
Azərbaycanda 2011-ci ildə 160 şəxs barəsində 95 cinayət işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq olunaraq məhkəmələrə göndərilib.
Azərbaycanda bu il korrupsiya ilə bağlı 100-dək cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 2011-ci ildə 160 şəxs barəsində 95 cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində (KQMİ) istintaq olunaraq məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə İdarənin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə 104 iş məhkəmələrə göndərilmişdi.

"Hazırda KQMİ tərəfindən 89 cinayət işi üzrə istintaq gedir və bu işlər ilin sonunadək məhkəmələrə göndəriləcək", - Əliyev deyib.

O qeyd edib ki, İdarədə təhsillə bağlı bir neçə cinayət işinin istintaqı aparılır.

"Bunlarla bağlı mətbuata məlumat vermişik və bu işlər məhkəməyə göndəriləndə də məlumat veriləcək", - Əliyev jurnalistlərin təhsil naziri müavinlərinin işdən çıxarılmasının korrupsiya ilə əlaqəli olması barədə sualına cavabında deyib.

Xəbər lenti

Xəbər lenti