Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir B.Hacıyev/
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Argentinanın kənd təsərrüfatı nazirinin müavini Lorenso Bassonu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələr müzakirə edilib və iki ölkə arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.