...

Azərbaycan Prezidenti Sabit Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 20 Sentyabr 2011 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Sabit Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərncamda qeyd olunur ki, Sənaye və Energetika Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi tamam olur.

Xəbər lenti

Xəbər lenti