...

Azərbaycanda bərpa olunan enerji ilə bağlı qanun layihəsi hazırlanacaq

Siyasət Materials 22 Sentyabr 2011 15:30 (UTC +04:00)
Azərbaycan Milli Məclisində "Bərpa olunan enerji ilə bağlı" qanun layihəsi hazırlanacaq.
Azərbaycanda bərpa olunan enerji ilə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində bərpa olunan enerji ilə bağlı qanun layihəsi hazırlanacaq. Bu barədə cümə axşamı Trend-ə millət vəkili, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov bildirib.

"Qanun layihəsi ilə bağlı müvafiq təkliflər artıq hazırdır və digərləri üzərində də iş aparılır", - Muradov deyib.

O vurğulayıb ki, Azərbaycanın hələ ki alternativ və bərpa olunan enerji ilə bağlı qanunu yoxdur.

Fuad Muradov qeyd edib ki, Dövlət Neft Şirkətinin nümayəndələri ilə birgə avqust ayında alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropa ölkələrinə səfər ediblər.

Onun sözlərinə görə, səfər zamanı İslandiyanın Enerji Problemləri üzrə Elmi Tədqiqat Müəssisəsinin rəhbəri Olafur G. Flovenz ilə görüşdə alternativ və bərpa olunan enerji mənbələri, onun inkişafı və perspektivləri müzakirə olunub. Muradov deyib ki, müzakirələrdə qanunvericilikdə lazım olan tənzimləmələrin Azərbaycan reallığında istifadə olunması da bildirilib.

"İslandiyada geotermal enerji stansiyasına ziyarət zamanı aydın oldu ki, yeni texnologiyalardan istifadə nəticəsində ətraf mühitə heç bir tullantı atılmır", - millət vəklili deyib.

O qeyd edib ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti