...

Qəddafi hələ də Liviyadadır

Siyasət Materials 27 Sentyabr 2011 17:14 (UTC +04:00)
Müəmmər Qəddafi Liviya telekanalı ilə bəyanat verib ki, o, hələ də ölkədədir və Nigeriya və ya Venesuelaya qaçması barədə yayılmış şayiələr yalandır.
Qəddafi hələ də Liviyadadır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Müəmmər Qəddafi Liviya telekanalı ilə bəyanat verib ki, o, hələ də ölkədədir və Nigeriya və ya Venesuelaya qaçması barədə yayılmış şayiələr yalandır.

Trend-in çərşənbə axşamı ərəb KİV-ə istinadən yaydığı məlumata görə, Liviyanın keçmiş lideri Qəddafi həmçinin bildirib ki, o, Liviyanı Qərbin təcavüzündən qoruyacaq və Qərbə Liviya neftini qəsb etməyə imkan verməyəcək.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti