Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 9-da Mərkəzi Şuranın iclasının keçirilməsi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.
AMİP Siyasi Şurasının qərarı ilə partiyanın Mərkəzi Şurasının iclası oktyabrın 9-na təyin edilib.
Azərbaycan Milli İstiqlal Partiyası 1992-ci ildə təsis edilib. Ideologiyasının əsasında millətçilik, vətənpətvərlik durur. partiyanın siyasi sistemdə mövqeyi, əsasən, mərkəzə doğrudur. AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə əməkdaşlıq edir. Partiyanın hazırkı sədri Yusif Bağırzadədir.
AMİP Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 9-da Mərkəzi Şuranın iclasının keçirilməsi üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
