Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/
Venesiya Komissiyasının 14-15 oktyabr 2011-ci ildə Venesiyada keçiriləcək 88-ci plenar sessiyasında Azərbaycanda qüvvədə olan QHT-lər haqqında qanunvericiliyin insan haqları standartları ilə uyğunluğuna dair rəy layihəsini qəbul etmək məqsədilə fikir mübadiləsi aparılacaq. Trend-in məlumatına görə, bu barədə AŞ PA-nın payız sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə Venesiya Komissiyasının katibi Tomas Markert və Konstitusiya hüququ şöbəsinin müdiri Simona Qranata-Mengini məlumat verib.
Venesiya Komissiyası rəsmisinin sözlərinə, məsələ ilə bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bu sessiyada iştirak etməyə dəvət edilib.