...

Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti illik sessiyasında iştirak etmək üçün Buxarestə yola düşür

Siyasət Materials 6 Oktyabr 2011 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun 57-ci illik sessiyasında iştirak etmək üçün cümə axşamı Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşür.

Milli Məclisin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, 57-ci illik sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq.

Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək.

Məlumata görə, qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək.

Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Rasmussen, həmçinin Rumıniyanın Prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər. Diskussiya aparılacaq.

Azərbaycan parlamentinin nümayəndə heyəti müzakirələrdə fəallıq göstərəcək, məsələlərə münasibətdə ölkəmizin mövqeyini bildirəcək.

Səfər oktyabrın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti