...

İnterpolun baş katibi: Azərbaycan dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biridir

Siyasət Materials 6 Oktyabr 2011 17:21 (UTC +04:00)
Azərbaycan dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biridir.
İnterpolun baş katibi: Azərbaycan dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biridir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biridir. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda daxili işlər naziri Ramil Usubovla görüşündə İnterpolun baş katibi Ronald Nobl bildirib.

İnterpolun ölkəmizdəki Milli Mərkəzi Bürosunun fəaliyyətinin günün tələblərinə uyğun təşkil edildiyini deyən Nobl əlaqələrin mövcud durumundan məmnun qaldığını bildirib.

Nazir öz növbəsində Daxili İşlər Nazirliyi ilə Beynəlxalq Polis Təşkilatı arasında sıx əlaqələrin mövcudluğunu xatırladıb və qeyd edib ki, qloballaşan dünya, inteqrasiya imkanlarının getdikcə artması müxtəlif təhdidlər ortaya çıxarır ki, bu da yeni növ cinayətlərlə, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizəni şərtləndirir.

Qeyd olunub ki, Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir və onu daha da inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığın əsas istiqamətlərindən biri təqsirləndirilən və itkin düşən şəxslərin beynəlxalq axtarışının təşkil edilməsidir. Hər il orta hesabla İnterpol tərəfindən 60-70 nəfər belə şəxsin yeri müəyyən olunur və onlar yaxalanaraq ədalət məhkəməsinə təhvil verilir.

Nazir deyib ki, 20 illik müstəqillik tarixi ərzində inamla dünya birliyinə inteqrasiya edən gənc respublikamız suveren və hüquqi dövlət kimi demokratik prinsiplərə riayət edir, bütün sahələrdə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmini və cinayətkarlıqla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti