Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Niderlandın sabiq müdafiə nazirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xdmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 11-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda keçirilən Beynəlxalq Hümanitar Forumun iştirakçısı olan Niderland Krallığının keçmiş müdafiə naziri Villem Frederik van Eekeleni qəbul edib.
Görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde iştirak edib.