...

Suriya hakimiyyəti yaxın 15 gündə müxalifətlə danışıqlar aparmağa hazırdır

Siyasət Materials 17 Oktyabr 2011 11:44 (UTC +04:00)
Suriya hakimiyyəti yaxın 15 gün ərzində müxalifətlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Lakin bununla yanaşı, Dəməşq Ərəb Dövlətləri Liqasının danışıqların Qahirədə keçirilməsinə dair təklifini qəbul etməyib.
Suriya hakimiyyəti yaxın 15 gündə müxalifətlə danışıqlar aparmağa hazırdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya hakimiyyəti yaxın 15 gün ərzində müxalifətlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Lakin bununla yanaşı, Dəməşq Ərəb Dövlətləri Liqasının danışıqların Qahirədə keçirilməsinə dair təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.

Suriya hakimiyyəti bəyan edib ki, müxalifətlə danışıqlar yalnız Suriya ərazisində mümkündür. Çünki Dəməşq öz daxili problemlərini özü həll etməyə qadirdir.

Bundan əlavə, Suriya rejimi daha bir şərt irəli sürüb. Belə ki, danışıqlar hakimiyyətlə Suriya müxalifəti arasında əlaqələrin dəstəklənməsi üçün xüsusi olaraq Qətərin sədrliyi altında yaradılan nazirlər komissiyasında keçirilməlidir.

Bazar günü Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrin XİN rəhbərləri Suriya rəhbərliyini və müxalifətini ölkədə qan tökülməsini dayandırmaq üçün Qahirədə ƏDL mənzil-qərargahında dialoqa başlamağa çağırıb.

ƏDL-in Qahirədə iclası Fars körfəzi ədəb dövlətlərinin əməkdaşlıq Şurasının (FKƏDƏŞ) təşəbbüsü ilə Qətərin sədrliyi altında keçirilib.

ƏDL baş katibi Nabil əl-Ərəbinin məlumatına görə, Suriyaarası dialoqda iştirak etmək üçün həm Suriyanın daxilindəki, həm də onun sərhədlərindən kənardakı müxalifətin bütün qollarının nümayəndələri dəvət olunub.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir. Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

BMT-nin məlumatına görə, Suriyada toqquşmaların qurbanlarının sayı üç min nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti