...

Xələf Xələfov: Azərbaycan Xəzərdə ekologiyanın qorunması sahəsində tədbirlər görür

Siyasət Materials 17 Oktyabr 2011 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xəzərdə ekologiyanın qorunması sahəsində tədbirlər görür. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və ekologiyanın qorunması sahəsində hüquqi bazanın yaradılmasını
göstərmək olar.

Xələfov hesab edir ki, Xəzərdə ekologiyanın qorunması ümumi məsələdir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə xeyli işlər görüb.

"Xəzəryanı ölkələrlə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, çərçivə konvensiyası imzalanıb. Bu konvensiyaya əsasən, bir sıra sahəvi protokollar qəbul olunub ki, ekologiyanın yaxşılaşdırılması üçün dövlətlərin birgə səyləri baş tutsun", - Xələfov əlavə edib.

Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.

Xəbər lenti

Xəbər lenti