...

Azərbaycanın hakim partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub

Siyasət Materials 18 Oktyabr 2011 11:15 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının Asiya Siyasi Partiyaları Belnəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub.
Azərbaycanın hakim partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyasının Asiya Siyasi Partiyaları Belnəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub. Trend-in məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasnın (YAP) mənzil-qərargahında partiya sədrinin müavini - icra katibi Əli Əhmədovla Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq arasında görüş keçirilib.

Görüşdə YAP-ın sədr müavini Əli Əhmədov qonaqları salamlayıb və onları Bakıda görməkdən sevinc hissi keçirdiyini deyib. O, bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyinin tamam olduğunu qeyd edib və Azərbaycanın müstəqillik tarixi barədə qısa məlumat verib. O deyib ki, Azərbaycanın 20 il ərzində əldə etdyi uğurları Bakını gəzməklə görmək mümkündür.

Əhmədov Azərbaycanın müstəqillik illərində qarşılaşdığı problemlərdən də söz açıb. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu xatırladıb və əlavə edib ki, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarını təcili olaraq işğaldan azad etməsi barədə qərar və qətnamələrinə baxmayaraq, Ermənistan hələ də işğalçı siyasətini davam etdirir.

Əhmədov Bakıda keçiriləcək görüşlərin məhsuldar olacağına ümid etdiyini bildirib.

Çunq Eu Yonq öz növbəsində Azərbaycanın müstəqilliyinin 20 illiyinin tamam olması münasibəti ilə YAP-ın sədr müavinini təbrik edib.

Azərbaycan və Koreya arasında münasibətlərin uğurla inkişaf etdiyini xatırladan Çunq Eu Yonq Azərbaycanın İCAPP-la da əlaqələrə önəm verdiyinə görə təşəkkürünü bildirib. O, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümid etdiyini deyib.

İCAPP-ın ilk təsis iclası 2000-ci ilin sentyabr ayında Filippində keçirilib. Konfransın keçirilməsində məqsəd regionun müxtəlif siyasi partiyalarını bir yerə toplamaq, Asiyada sülh, təhlükəsizlik, əmin-amanlıq və qarşılıqlı münasibətləri inkişaf etdirmək və Asiyanın inkişafına nail olmaqdır.

Konfransın iclaslarında 50-dən çox ölkənin nümayəndələri iştirak edir. Konfransın komitə iclaslarında əsasən Asiyada sülh və təhlükəsizlik, mədəni əlaqələr, siyasi partiyalararası münasibətlər və digər məsələlər müzakirə olunur.

YAP-ın sədr müavini Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin idarə heyətinin üzvüdür.

Xəbər lenti

Xəbər lenti