...

Azərbaycan, Özbəkistan və Türkmənistan MDB-nin Azad Ticarət Zonasına dair müqaviləsini imzalamayıblar

Siyasət Materials 19 Oktyabr 2011 09:09 (UTC +04:00)
MDB-nin azad ticarət zonasına dair müqavilə çərşənbə axşamı birlik ölkələrinin hökumət başçıları şurasının iclası zamanı imzalanıb.
Azərbaycan, Özbəkistan və Türkmənistan MDB-nin Azad Ticarət Zonasına dair müqaviləsini imzalamayıblar

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

MDB-nin azad ticarət zonasına dair müqavilə çərşənbə axşamı birlik ölkələrinin hökumət başçıları şurasının iclası zamanı imzalanıb.

Daha əvvəl şurasının iclasında çıxış edərək, Rusiya Federasiyasının baş naziri Vladimir Putin qeyd edib ki, söhbət MDB çərçivəsində ticari-iqtisadi münasibətlərin yeni bünövrəsinin yaradılması haqqında gedir.

O xatırladıb ki, hələ 1994-cü ildə MDB ölkələri azad ticarət zonasının yaradılması haqqında müqaviləni imzalayıblar, ancaq o sənəd çox dövlətlərlə, həmçinin Rusiya ilə, təsdiqlənməmişdi. Buna görə müqavilə faktiki olaraq qüvvədə deyildi. Yeni sənədin üstündə iş demək olar ki, on il aparılırdı.

Azərbaycandan, Özbəkistandan və Türkmənistandan başqa, müqaviləni MDB-nin bütün ölkələri imzalayıb.

Müqavilə onu imzalayan ölkələr arasında ticari-iqtisadi münasibətlərin hüquqi əsaslarının sadələşdirilməsini, bir sıra çoxtərəfli və 100-ə yaxın ikitərəfli birliyin sahəsində azad ticarət rejimini tənzimləyən sənədlərin əvəzetməsini nəzərdə tutur.

Bundan əlavə MDB ölkələrində valyuta nizama salması və valyuta kontrolu sahəsində siyasətin əsas prinsipləri haqqında razılaşma, həmçinin 2020-ci ilə qədər birlik dövlətlərinin dəmiryol nəqliyyatının strateji inkişafının konsepsiyası haqqında qərar imzalanmışdı.

Ümumiyyətlə 28 sənəd imzalanmışdı.

MDB-yə Azərbaycan, Belorussiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna daxil olur.

Xəbər lenti

Xəbər lenti