Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan PKK yaraqlıları tərəfindən türk hərbiçilərinə qarşı törədilən terror aktları ilə əlaqədar Qazaxıstana səfərini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.
Bu gün PKK yaraqlılarının hücumu nəticəsində 24 hərbiçi həlak olub, 18-i yaralanıb.
Oktyabrın 20-21-də Almatıda Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə rəhbərlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) birinci sammiti keçiriləcək. Türkiyəni sammitdə Baş nazir Ərdoğanın təmsil etməsi planlaşdırılıb.