...

Ramil Usubov: Bu ilin 9 ayında korrupsiya faktına görə daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub

Siyasət Materials 20 Oktyabr 2011 12:52 (UTC +04:00)
Bu ilin 9 ayında daxili işlər orqanlarında korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub
Ramil Usubov: Bu ilin 9 ayında korrupsiya faktına görə daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayında daxili işlər orqanlarında korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində lazımi ölçülər götürülür.

Usubovun sözlərinə görə, ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlib.

"Ştat vəzifələrinin rotasiya prinsipi əsasında komplektləşdirilməsi" Qaydalarına uyğun olaraq, təkcə 2007-2011-ci illərdə 4939 nəfərin xidmət yeri dəyişdirilib, 583 nəfər rəhbər vəzifələrə, sıravi və kiçik rəis heyətindən olan 715 nəfər isə orta rəis heyəti vəzifələrinə irəli çəkilib.

Xəbər lenti

Xəbər lenti