...

Ukraynada "BMT-nin gənclər modeli" mövzusunda beynəlxalq forum keçirilib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2011 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ukrayna Ali Radasının ,ÜmumUkrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə "BMT-nin gənclər modeli" mövzusunda beynəlxalq forum keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən cümə günü Trend-ə verilən məlumata görə, dünyanın 15 ölkəsindən 150-ə yaxın gənclər təşkilatları nümayəndələrinin qatıldığı forumda Ukrayna parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Baris Tarasyuk, Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şıxaliyeva və Ukrayna parlamentinin Qanunvericilik və hüquq mühafizə orqanlarının işi üzrə komitəsinin sədri Viktor Şveç çıxış ediblər.

Onlar dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasında BMT-nin Gənclər modeli çərçivəsində həyata keçirilən beynəlxalq forumların müstəsna əhəmiyyətindən bəhs ediblər.

BMT Baş Assambleyasının bu günlərdə keçirilən iclasında bir çox mühüm məsələlərlə yanaşı, dünya gənclər təşkilatları ilə işin düzgün qurulmasına xüsusi diqqətin ayrıldığını bildirən natiqlər həmin mötəbər toplantıda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə forumun tərəfdaşlarından olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nümayəndələrini təbrik ediblər.

"Dost və qardaş Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi strateji müttəfiq kimi Ukrayna xalqını da qəlbən sevindirir. Mən bu uğuru birmənalı olaraq müstəqil Azərbaycan dövlətinin Avroatlantik məkana və dünya birliyinə inamlı inteqrasiya siyasətinin məntiqi nəticəsi kimi dəyərlədirirəm", - Forumda çıxış edən deputat Baris Tarasyuk deyib.

"Mən Azərbaycan xalqını beynəlxalq arenada əldə etdiyi diplomatik qələbə münasibəti ilə ürəkdən təbrik edirəm. Əlbəttə, BMT TŞ-nin Azərbaycana göstərdiyi bu etimad Azərbaycanın beynəlxalq arenada əldə etdiyi böyük nüfuzun əyani göstəricisidir", - Azərbaycan televiziyasina müsahibəsi zamanı Ukrayna Ali radasının deputatı Viktor Şivets vurğulayıb.

Toplantıda çıxış edən Azərbaycan səfirliyinin 2-ci katibi Sabir Rzayev Azərbaycanın dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə six əməkdaşlığından danışıb.

Gənc həmkarlarının diqqətini Dağlıq Qarabağ probleminə yönəldən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı BMT-nin çıxartdığı 4 qətnamənin hələ də kağız üzərində qalmasını tarixi ədalətsizlik kimi dəyərlədirib.

"Dünya gəncləri nə vaxta qədər beynəlxalq arenada baş verən hadisələrə etinasız yanaşacaq", - deyən Anar Tahirov foruma qatılan gəncləri Qarabağ probleminin həllində ədalətli iradə nümayiş etdirməyə çağırıb.

Forumda dünyada sülh və əminamanlığın qorunmasında,regional münaqişələrin aradan qaldırılmasında gənclərin üzərinə düşən öhdıliklər geniş müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti