...

Azərbaycan BMT TŞ-də gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2011 15:34 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi bu strukturda gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirib.
Azərbaycan BMT TŞ-də gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi bu strukturda gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirib.

"Milli maraqlarımızın qorunması ilə yanaşı, ölkənin BMT TŞ-də prioritetləri sülhün və təhlükəsizliyin təmin olunması, münaqişələrin həlli, qlobal istiləşmə ilə mübarizə, "Minilliyin İnkişaf Məqsədləri" proqramı çərçivəsində yoxsulluğun aradan qaldırılmasına dəstək, eləcə də Azərbaycanın öz nümunəsinə əsasən, multikulturalizmin təşviq olunması və bu prinsipin geniş təbliği olacaq", - Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbə və professor heyəti qarşısında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan 2012-2013-cü illər üzrə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.

"Məmmədyarov tələbələri BMT TŞ-yə üzvlük üçün keçirilən səsvermə prosesi, eləcə də Azərbaycanın bu struktura üzv olmaq üçün apardığı gərgin hazırlıq işi və bu prosesdə istifadə olunan əsas strateji və taktiki addımlar barədə məlumatlandırıb", - ADA-nın mətbuat xidməti məlumat verir.

ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev naziri və XİN-in bütün əməkdaşlarını bu qələbə münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti