...

Aİ-nin Bakı nümayəndəliyi Azərbaycanı BMT TŞ-yə üzv seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 28 Oktyabr 2011 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Avropa İttifaqının Bakı nümayəndəliyi Azərbaycanı 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edir.

Trend-in məlumatına görə, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsinə dair Aİ-nin yerli bəyanatında bildirilir ki, Azərbaycan hökumətinin göstərdiyi səyləri qəbul edərək 155 ölkə mühüm beynəlxalq təşkilatda ölkənin xeyrinə səs verib.

"Bu yeni konteksdə Aİ nümayəndəliyi ölkənin BMT-nin sülh və demokratiya dəyər və prinsipləri ilə bağlı öhdəliklərini rəğbətlə qarşılayır. Avropa İttifaqı da bu dəyər və prinsipləri bölüşür.
Aİ nümayəndəliyi bu yeni status nəticəsində ortaya çıxan çağırış və imkanların cavablanmasında Azərbaycana yardım göstərməyə hazırdır, əməkdaşlığın genişlənəcəyinə və bütün beynəlxalq məsələlərdə daha yaxın dialoqun qurulacağına ümidvardır", - bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti