...

Azərbaycanın müxalifət partiyasının qurultaya hazırlığı ilə bağlı təşkilat komitəsi yaradılıb

Siyasət Materials 31 Oktyabr 2011 14:00 (UTC +04:00)
Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin sessiyasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
Azərbaycanın müxalifət partiyasının qurultaya hazırlığı ilə bağlı təşkilat komitəsi yaradılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin sessiyasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Sessiyada qərara alınıb ki, Təşkilat Komitəsi üzvlərinin sayı 23 nəfərdən ibarət olsun.

Rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının və Qurultayın keçirilmə tarixi ilə bağlı qərarların qəbul olunması Təşkilat Komitəsinə həvalə olunub.

Sessiyada BAXCP sədri Qüdrət Həsənquliyevin məruzəsi də dinlənilib.

BAXCP-nin sonuncu qurultayı 2008-ci ildə iyunun 7-də keçirilib. Partiya nizamnaməsinə əsasən, növbəti qurultay 2012-ci ildə keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti