...

Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik

Siyasət Materials 31 Oktyabr 2011 22:10 (UTC +04:00)
Bu gün çox gözəl bir gündür. Ucarda möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Bu, doğrudan da möhtəşəm mərkəzdir, saraydır. İndi Azərbaycanın bölgələrində, rayonlarında Heydər Əliyev mərkəzləri tikilibdir, fəaliyyət göstərir, tikilməkdədir. Deyə bilərəm ki, onların içində öz gözəlliyi və əzəməti ilə seçilən Ucardakı Heydər Əliyev Mərkəzidir. Həm xarici görünüşü, həm daxili tərtibatı, dizaynı, eyni zamanda, mərkəzin funksional cəhətləri də çox gözəldir. Belə mərkəzlərin tikintisi ulu öndərin xatirəsinə Azərbaycan xalqının hörmətinin təzahürüdür. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ucarda Heydər Əliyev Mərkəzinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik

Azərbaycan, Bakı, 31 oktyabr / Trend/

Bu gün çox gözəl bir gündür. Ucarda möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Bu, doğrudan da möhtəşəm mərkəzdir, saraydır. İndi Azərbaycanın bölgələrində, rayonlarında Heydər Əliyev mərkəzləri tikilibdir, fəaliyyət göstərir, tikilməkdədir. Deyə bilərəm ki, onların içində öz gözəlliyi və əzəməti ilə seçilən Ucardakı Heydər Əliyev Mərkəzidir. Həm xarici görünüşü, həm daxili tərtibatı, dizaynı, eyni zamanda, mərkəzin funksional cəhətləri də çox gözəldir. Belə mərkəzlərin tikintisi ulu öndərin xatirəsinə Azərbaycan xalqının hörmətinin təzahürüdür. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ucarda Heydər Əliyev Mərkəzinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

"Eyni zamanda, bu mərkəzlərdə ulu öndərin siyasi irsi öyrənilir. Bununla bərabər, belə mərkəzlərdə müxtəlif tədbirlər də keçirilməlidir və keçirilir. Mən çox şadam ki, bu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Rayonun bütün vacib tədbirləri burada keçiriləcəkdir. İnternet imkanları vardır, dərnəklər fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz yaşayacaq və Ucara əlavə yaraşıq verməklə bərabər, mərkəzin ətrafında insanlar istirahət edəcəklər, gözəl meydan yaradılıbdır, böyük abadlıq işləri aparılıbdır.
Mən çox şadam ki, Ucarda son illər ərzində abadlıq, quruculuq işləri uğurla gedir. Əminəm ki, gələcək illərdə də bu meyillər daha da güclənəcəkdir. Elə etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi, hər bir kənd abadlaşsın, gözəlləşsin. Bunu etmək üçün imkanlarımız vardır. Belə gözəl mərkəzlərin yaradılması, gözəl meydanların salınması göstərir ki, Azərbaycan uğurla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Bütün uğurlarımızın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur" İlham Əliyev çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən bir daha tarixə nəzər salaraq görürük ki, ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuşdur.

"Ölkəmiz üçün ən ağır zamanlarda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev vəziyyəti sabitləşdirdi və Azərbaycanı inkişaf yoluna çıxardı. Bu yaxınlarda müstəqilliklə bağlı tədbirlərdə bu tarix haqqında kifayət qədər geniş danışmışıq. Ölkəmizdə bütün bölgələrdə müstəqilliyin bərpası ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycanda dövlətçilik əsaslarının qoyulması, hüquqi dövlətin qurulması, demokratik prinsiplərin bərqərar olması və islahatların aparılması işində Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Bu gün bu siyasət davam etdirilir. Biz bu siyasətə sadiqik. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə sadiqdir, onun xatirəsinə daim hörmət və ehtiramını bildirir. Bu siyasət Azərbaycanda yeni imkanlar açır. Son illər ərzində ölkəmizin bütün bölgələrində geniş quruculuq, abadlıq işləri aparılır. Hər bir rayonda işlər görülür, binalar, məktəblər tikilir, qazlaşdırma gedir, kommunal infrastruktur layihələri icra edilir və ölkəmizin hərtərəfli inkişafı məhz bu amillərdən asılıdır.
Bizim güclü iqtisadi potensialımız var, artıq bu, reallıqdır. Dünyada mövqelərimiz möhkəmlənir və bu reallıqlarla da hesablaşırlar. Azərbaycan bu gün regional işlərdə lider dövlətdir, Cənubi Qafqazda lider dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 83 faizi Azərbaycan iqtisadiyyatıdır. Siyasi sahədə təşəbbüslərimiz bölgədə, regionda əməkdaşlığın dərinləşməsi üçün mühüm rol oynayır. Dünyada mövqelərimiz möhkəmlənir" Prezident bildirib.

İlham Əliyev bildirib ki, bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bir daha ölkəmizin qüdrətini göstərir.

"Bir daha Azərbaycan siyasətinin nə qədər düzgün olduğunu göstərir. Ölkə daxilində gedən proseslər, iqtisadiyyatla bağlı olan məsələlər statistik göstəricilərdə özünü əks etdirir. Bu məsələlərlə məşğul olan qurumlar, insanlar, ekspertlər əlbəttə ki, Azərbaycanın uğurlu inkişafını görürlər və qiymətləndirirlər.
BMT Təhlükəsizlik Şurasına böyük üstünlüklə seçilməyimiz isə bütün dünyaya Azərbaycanı müasir, qüdrətli, böyük nüfuza malik ölkə kimi təqdim etdi. Beynəlxalq birlik tərəfindən Azərbaycana böyük hörmət, etimad, inam göstərilir. 155 ölkə bizi dəstəklədi. 155 ölkə bizi müdafiə etdi, bizə inandı və ümid etdi. Əlbəttə ki, biz bu ümidləri doğruldacağıq. İlk növbədə biz Azərbaycan xalqının ümidlərini doğrulduruq və doğruladacağıq. Ölkəmizdə aparılan islahatlar və görülmüş işlər bunun əyani sübutudur. Bizə inanan tərəfdaşlarımızın, dost olan ölkələrin ümidlərini də doğruldacağıq. Biz dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik. İlk növbədə ədaləti müdafiə edəcəyik. Biz bütün işlərə ədalət nöqteyi-nəzərdən yanaşırıq. Həm ölkə daxilində gedən proseslər, həm də xarici siyasətimizlə bağlı təşəbbüslər ədalət prinsipləri əsasında qurulubdur.
Biz Təhlükəsizlik Şurasında beynəlxalq hüququn keşiyində duracağıq. Biz bütün məsələlərin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarıyıq. Dünyada ikinci mexanizm yoxdur, ola da bilməz. Beynəlxalq hüquq prinsipləri ona görə dünya ictimaiyyəti tərəfindən qəbul edilir ki, bunlar ədalətli prinsiplərdir. Bizim ədalətli işimiz, Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altına düşməsi məsələsi də yalnız beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır.
Bu yaxınlarda üzv olduğumuz BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ədalətli qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, bu qərarlar icra edilmir.
Artıq biz bu mötəbər qurumun üzvüyük. Artıq dünya miqyasında seçilmiş ölkələrin sırasındayıq. Əlbəttə ki, öz maraqlarımızı müdafiə edəcəyik, Azərbaycanla, bölgə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdıracağıq. Ancaq onu da qeyd etməliyik ki, bu səsvermə bizim üçün nə qədər sevindirici və qürurverici olsa da, məsuliyyətimizi də bir o qədər artırır. Biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Əks təqdirdə namizədliyimizi irəli sürməzdik. Eyni zamanda, bu səsvermə onu göstərir ki, Azərbaycan haqqında dünyada kifayət qədər məlumatlar vardır. Bəzi hallarda müxtəlif məsələlərdə dünya birliyinin fikrinə, rəyinə istinad edilir. Dünya birliyi bütün ölkələrdir. Onların mütləq əksəriyyəti Azərbaycanın yanındadır. Yəni, dünya birliyi bizimlədir. Gələcəkdə dünya birliyinə istinad edərkən hər hansı bir fikri, yaxud da ideyanı irəli sürmək istəyəndə bəzi dairələr bilməlidirlər ki, dünya birliyinin rəyi bax bu səsvermədə öz əksini tapıbdır. Azərbaycan dünya birliyi tərəfindən təqdirlə qeyd edilən ölkədir. Bu böyük nailiyyətdir, böyük uğurdur. Bu bir də onu göstərir ki, son illər ərzində Azərbaycan düzgün yol seçmişdir. Yenə də deyirəm, bu yolu bizə ulu öndər göstərmişdir. Biz son illər ərzində onun siyasi və mənəvi irsinə sadiq qalaraq, islahatları apararaq ölkəmizi böyük dərəcədə gücləndirə bilmişik" Prezident bildirib.

Dövlət başçısı bildirib ki, bütün bölgələrin abadlaşması, bölgələrdə yeni iş yerlərinin açılması və belə gözəl sarayların tikintisi bugünkü Azərbaycan reallıqlarıdır. Dünya üçün ən çətin, ən böhranlı illərdə iqtisadiyyatımız artır, maaşlar, pensiyalar artırılır, infrastruktur layihələrinin icrasında heç bir yubanma, geriləmə yoxdur. Verilmiş bütün vədlər yerinə yetirilir.

"Eyni zamanda, xarici siyasətimizlə bağlı ölkə daxilində fikir ayrılığı yoxdur. Ancaq özlərini ekspert adlandıran insanlar bəzi hallarda həm ölkə daxilində, həm də xaricdə bizim xarici siyasətimizlə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər ki, Azərbaycanın tarazlaşdırılmış siyasəti yanlış siyasətdir. Azərbaycan hansısa bir qüvvəyə yaxın olmalıdır, hansısa qüvvənin qanadı altına keçməlidir. Bax bu səsvermə bütün bu yanlış və zərərli fikirləri bir daha alt -üst etdi. Bu səsvermə göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir. Biz müstəqil ölkə kimi özümüzə hörmət edirik, xalqımıza, dövlətimizə hörmət edirik. Siyasətimizi yalnız Azərbaycan xalqının maraqları üzərində qururuq. Bütün ölkələrlə onların ölçülərindən, qüdrətindən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qurmuşuq. Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycanı dünyada etibarlı tərəfdaş və ləyaqətli ölkə kimi tanıyırlar. Ona görə xarici siyasətlə bağlı bundan sonra əminəm ki, fikir ayrılığı olmayacaqdır. Siyasətimizin uğurlu olmasını ən yaxşı şəkildə göstərən bu səsvermədir. Nə üçün mən bu məsələyə bu qədər diqqət verirəm. Təkcə ona görə yox ki, bu, bizim böyük qələbəmizdir və haqlı olaraq fəxr edirik ki, bu qələbəni biz qazanmışıq. Ona görə ki, artıq bu qələbə 20 illik müstəqillik dövrünə yekun vurur. Bu, bir mərhələdir. Ən yüksək səviyyədir ki, biz çatmışıq. Ancaq bu bizi sakitləşdirməməlidir. Biz gələcəyə inamla baxırıq. Gələcək haqqında konkret planlarımız, proqramlarımız vardır və onlar icra edilir. Bundan sonra 20 il ərzində Azərbaycan hansı nailiyyətlərə çatacaqdır?! Əlli il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir?! Bax o 50 il bundan sonrakı inkişafın təməlini biz bu gün qoyuruq.
Mən bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında demişəm ki, son səkkiz ildə iqtisadiyyatımız üç dəfə artıbdır. Heç bir ölkədə buna bənzər mənzərə yoxdur. Bundan sonrakı 10 il ərzində daha iki dəfə də artmalıdır. Bu, çox ciddi bir siqnaldır və böyük bir öhdəlikdir. Bunu icra etmək asan olmayacaqdır. Nəzərə alsaq ki, bugünkü iqtisadi potensialımız kifayət qədər güclüdür və bunu iki dəfə artırmaq böyük məharət və peşəkarlıq tələb edəcəkdir. Ancaq mən inanıram və bilirəm ki, qəbul edilmiş proqramların düzgün icrası nəticəsində biz buna bəlkə də artıqlaması ilə nail olacağıq. Biz bu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına və bölgələrin hesabına təmin etməliyik. Ona görə hər bir bölgədə quruculuq-abadlıq işləri ilə bərabər, investisiya layihələri icra edilir, yeni müəssisələr yaradılır, iş yerləri açılır və ölkə iqtisadiyyatı sürətlə inkişaf edir.
Bir daha demək istəyirəm ki, bugünkü tədbir də, bu möhtəşəm Heydər Əliyev Sarayı, bu gözəl meydan, əslində Azərbaycanın inkişafını təcəssüm etdirir. Bu gün inkişaf edən, çiçəklənən Azərbaycan üçün belə binalar lazımdır. Məktəblər, binalar, xəstəxanalar, yollar, abadlıq-quruculuq göz oxşayır. Bu binalar yaraşıq verir. Bu binalar Azərbaycanın uğurlu inkişafını əks etdirir.
Əziz dostlar, mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bütün ucarlılara cansağlığı və yeni uğurlar arzu edirəm" Prezident çıxışında deyib.

XXX

Xəstəxananın tikintisi bir il bundan əvvəl başlanıb. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir xəstəxana tikilib istifadəyə verilib, Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışından sonra ictimaiyyətlə görüşündə çıxışı zamanı deyib.

"Bildiyiniz kimi, ölkəmizin hər bir yerində yeni tibb ocaqları yaradılır, xəstəxanalar, poliklinikalar tikilir. O cümlədən indi Ağdaşda da dünya səviyyəsinə uyğun, gözəl xəstəxana yaradılmışdır. Xəstəxana ilə tanış olarkən gördüm ki, həm gözəl, keyfiyyətlə, zövqlə tikilib, eyni zamanda, burada dünyanın ən müasir avadanlığı quraşdırılıbdır. İndi bu xəstəxanada işləmək üçün çox gözəl şərait vardır. Əsas odur ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olsun.
Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür" İlham Əliyev deyib.

Prezident deyib ki, hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir.

"Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir edilir, yeni xəstəxanalar tikilir və kadr hazırlığı ilə bağlı yeni təkliflər irəli sürülür. Burada işləyən həkimlər treninq keçmişlər, təcrübələrini artırmışlar. Elə etməliyik ki, burada göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.
Bu xəstəxananın açılışı bir daha onu göstərir ki, ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır. Mən keçən il burada olarkən sizinlə bərabər Olimpiya Kompleksinin açılışını qeyd etdik. Ağdaş rayonunun su təchizatının birinci mərhələsini qeyd etdik. İndi Ağdaşda bu layihə davam edir, digər layihələr icra olunur və bütövlükdə rayonun siması dəyişilir. Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.
Qazlaşdırılma sürətlə gedir. Mənə verilən məlumata görə, son vaxtlar yeni qəsəbələr, yeni yaşayış məntəqələri qazlaşdırılıbdır. Elə etməliyik ki, yaxın iki il ərzində rayonun bütün kəndləri qazlaşdırılsın. Elektrik enerjisi ilə təchizatda problemlər çoxdan aradan qaldırılmışdır. İndi içməli su, kanalizasiya layihələri icra edilir. Bu layihələr də əminəm ki, yaxın zamanlarda başa çatacaqdır. Yollar çəkilir, buraya gəlməzdən əvvəl Ləki-Ağdaş avtomobil yolunun açılışını qeyd etdik. Bu da çox gözəl yoldur. Həm bir neçə kəndi birləşdirir, eyni zamanda, rayon mərkəzinə də rahat gəlmək mümkündür" dövlər başçısı bildirib.

İlham Əliyev çıxışında qeyd edib ki, növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır.

"Bildiyiniz kimi, həm dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun.
Ümid edirəm ki, yaxın zamanlarda ölkə qarşısında duran bütün vəzifələr, xüsusilə bölgələrin inkişafı ilə bağlı olan bütün vəzifələr icra ediləcəkdir. Bu günə qədər görülmüş işlər deməyə əsas verir ki, biz hədəfimizə çatacağıq. Çünki regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində bölgələrdə böyük dərəcədə dəyişikliklər baş vermişdir. Canlanma, inkişaf vardır, bölgələr indi çiçəklənir. Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir. Bütün bu işlərin təməlində insan amili dayanır və buna görə səhiyyə məsələlərinin həllinə çox böyük diqqət göstərilir. Hər bir sahəyə diqqət göstərilir. İndi məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar, tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə biz diaqnostika məsələlərinə daha çox diqqət verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə tətbiq etməliyik.
O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq - diaqnostika cihazları gətirilir. Ümid edirəm ki, biz növbəti illərdə daha çox həkimlərin peşəkarlığına diqqət göstərməliyik. Bu məqsədlə həkimlər daim öz təcrübəsini genişləndirməlidirlər. Bu məqsədlə əlbəttə ki, beynəlxalq əlaqələr də vacib məsələdir.
Beynəlxalq səhiyyə təşkilatları Azərbaycanda gedən islahatlara çox yüksək qiymət verirlər. Bir neçə ay bundan əvvəl Bakıda keçirilmiş Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin iclasında Azərbaycanda bu məsələlərə göstərilən diqqət yüksək qiymətləndirilmişdir. Əlbəttə ki, bu, gördüyümüz işlərin nəticəsidir və bu qiymət bizi daha da ruhlandırır. Çünki Dünya Səhiyyə Təşkilatı dünya miqyasında bütün səhiyyə məsələləri ilə məşğul olur. İnsanların sağlamlığı üçün bütün lazımi amillər - əlbəttə, tibbi xidmət və bununla bərabər qeyd etdiyim kimi, diaqnostika, profilaktika, maarifləndirmə diqqət mərkəzində olmalıdır. İndi belə gözəl şərait olduğu halda hər bir vətəndaş gərək vaxtlı-vaxtında diaqnostikadan, müayinədən keçsin" Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, insanların sağlamlığı üçün lazım olan digər məsələlər də həll olunur.

"İçməli su insan sağlamlığı üçün bir nömrəli məsələdir, indi həll olunur. Ekologiya ilə bağlı olan vəziyyət, təmiz hava, keyfiyyətli qida. Biz bütün bu məsələlərə diqqət veririk, dünya miqyasında inkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və tətbiq edirik. Bu xəstəxana Dünya Bankı ilə birgə icra edilmiş layihədir və burada bütün standartlar dünya səviyyəsindədir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Mən çox şadam ki, Ağdaşda belə gözəl xəstəxana artıq istismara verilir. Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun. Bir daha Sizi təbrik edirəm" İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti