...

Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılıb

Siyasət Materials 1 Noyabr 2011 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağdaş rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti