...

İsrail ballistik raketi sınaqdan keçirib

Siyasət Materials 2 Noyabr 2011 16:41 (UTC +04:00)
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) ballistik raketi uğurla sınaqdan keçirib.
İsrail ballistik raketi sınaqdan keçirib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir X.Murtuzayeva/

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) ballistik raketi uğurla sınaqdan keçirib.

İsrail "Palmahim" HHQ aviabazasında raket güc qurğusunu sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatı RBK yayıb.

Nazirlikdən ballistik raketin buraxılışının həyata keçirildiyi barədə xəbər verilsə də, onun növü dəqiqləşdirilməyib.

Bugünkü raket buraxılışı son vaxtlar İranın nüvə proqramı əleyhinə İsrailin bu ölkənin nüvə obyektlərinə zərbələr endirəcəyinə dair aktivləşən müzakirələr fonunda həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti