...

Bakıda TÜRKPA komissiyasının iclası keçirilir

Siyasət Materials 3 Noyabr 2011 10:57 (UTC +04:00)
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının I iclası bu gün Bakıda öz işinə başlayıb.
Bakıda TÜRKPA komissiyasının iclası keçirilir

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir M.Əliyev/

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının I iclası bu gün Bakıda öz işinə başlayıb.

Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov tədbirin açılışında bildirib ki, TÜRKPA-nın yaranması türkdilli ölkələrin həyatında vacib hadisədir. O qeyd edib ki, bu qurum vasitəsilə türkdilli ölkələr arasında olan dostluq, qardaşlıq münasibətləri daha da inkişaf edəcək.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov iclasın açılışı zamanı TÜRKPA-nın artan əhəmiyyətindən danışıb. O, Özbəkistan və Türkmənistanın da bu quruma qoşulmasını arzulayıb. "Çünki bu birliyə həm iqtisadi, həm siyasi, həm də digər cəhətlərdən ehtiyac artır", - Əsgərov bildirib.

TÜRKPA-nın baş katibi Ramil Həsənov deyib ki, qurum türkdilli ölkələrin ortaq mənafeyini qoruyur. Onun sozlərinə görə, bu ilin noyabr-dekabr aylarında TÜRKPA-nın BMT-nin rəsmi müşahidəçisi statusunu alması gözlənilir. Bu da onun beynəlxalq əhəmiyyətini daha da artırır.

Milli Məclisdə keçirilən iclasda "TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusu müzakirəyə çıxarılacaq.

Komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkəkdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə hesabatın və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti