...

Azərbaycanın vitse-spikeri: Ermənistanın iqtisadiyyatındakı böhran özünü siyasətdə də göstərir

Siyasət Materials 3 Noyabr 2011 13:39 (UTC +04:00)
Ermənistanın iqtisadiyyatında və sosial həyatında olan böhran özünü siyasətdə də göstərir. Bunu cümə axşamı Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Azərbaycanın vitse-spikeri: Ermənistanın iqtisadiyyatındakı böhran özünü siyasətdə də göstərir

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın iqtisadiyyatında və sosial həyatında olan böhran özünü siyasətdə də göstərir. Bunu cümə axşamı Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Bunun həm siyasi, həm iqtisadi, həm də sosial səbəbləri var", - o deyib.

Ermənistanda son günlər parlamentin sədri Ovik Abramyan, Yerevan şəhərinin meri Karen Karapetyan, ölkənin polis rəisi Alik Sarkisyan və digər yüksəkvəzifəli şəxslər istefaya gediblər.

Muradovanın sözlərinə görə, görünən odur ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür.

"Ermənistanın getdikcə zəifləyən mövqeyi, bölgədə və dünyada onun nüfuzuna dəyən zərbə, təcavüzkar siyasət yeritməklə öz xalqını və dövlətini dalana dirəməsi ölkə daxilində buna etirazların başlamasına gətirib çıxarır", - vitse-spiker deyib.

Muradova bunun daha geniş vüsət alacağını və Ermənistanın tutduğu qeyri-düzgün yolun zərərini çəkəcəyini hesab edir.

Xəbər lenti

Xəbər lenti