...

Mərakeşin mədəniyyət naziri Heydər Əliyev Fondunda olub

Siyasət Materials 12 Noyabr 2011 15:01 (UTC +04:00)
Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş Azərbaycana səfəri çərçivəsində şənbə günü Heydər Əliyev Fondunda olub.
Mərakeşin mədəniyyət naziri Heydər Əliyev Fondunda olub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş Azərbaycana səfəri çərçivəsində şənbə günü Heydər Əliyev Fondunda olub.

Trend-in məlumatına görə, nazirə ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Himmiş ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolarla, habelə müxtəlif eksponatlarla tanış olub.

Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ulu öndərin fəaliyyətinin bəhrələridir.

Mərakeşin mədəniyyət naziri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi mərakeşli nazirdə xüsusi maraq doğurub. Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanıb.

Himmiş Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb, Fonddan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti