...

MDB ölkələrinin müdafiə nazirləri gələcək planları müzakirə ediblər

Siyasət Materials 17 Noyabr 2011 15:57 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri görülmüş işlərə yekun vurub və gələcəyə dair planları müəyyənləşdiriblər.
MDB ölkələrinin müdafiə nazirləri gələcək planları müzakirə ediblər

Qazaxıstan, Astana, 17 noyabr /Trend, müxbir K.Konırova/

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri görülmüş işlərə yekun vurub və gələcəyə dair planları müəyyənləşdiriblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Birlik ölkələrinin müdafiə nazirləri qarşılıqlı, çoxtərəfli tərəfdaşlıq fəaliyyətinin müxtəlif istiqamətləri üzrə 20-dən artıq məsələni nəzərdən keçiriblər. İclasın iştirakçıları MDB-nin Müdafiə Nazirləri Şurasının (MNŞ) işçi orqanlarının 2011-ci il üzrə fəaliyyətinin yekunlarını təhlil ediblər və 2012-ci il üçün iş planını nəzərdən keçiriblər", - Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bu gün Almatıda MDB-nin Müdafiə Nazirləri Şurasının 61-ci iclası keçirilib.

İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak ediblər.

Məlumata görə, nazirlər hərbi təyinatlı birgə (birləşmiş) sistemlərin yaradılması və təkmilləşdirilməsi, xüsusən, Birlik ölkələrinin hava hücumundan birləşmiş müdafiə sistemi məsələlərini nəzərdən keçiriblər, hərbi-texniki əməkdaşlığın prioritet istiqamətlərini razılaşdırıblar, elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində inkişaf perspektivlərini və birgə tədbirlərin həyata keçirilməsini müəyyənləşdiriblər.

"Görüşün iştirakçıları Müvəqqəti naviqasiya və taktiki hissənin vahid idarə edilməsi sisteminin topogeodezik təminatı Konsepsiyasının həyata keçirilməsi, uçuşların təhlükəsizliyi və hərbi təyinatlı aviasiya texnikasının etibarlılığı, MDB iştirakçı dövlətlərinin silahlı qüvvələrinin hərbçilərinin dağlıq şəraitdə hərəkətlərinə hazırlıqlar üzrə əsas tədbirlər planının yerinə yetirilməsi məsələlərini müzakirə ediblər", - məlumatda deyilir.

Birlik ölkələrinin silahlı qüvvələri üçün bədən tərbiyəsi üzrə mütəxəssislərin hazırlanması və Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin 20 illiyinə həsr olunmuş IX Dostluq Orduları Spartakiadasının keçirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb.

MDB MNŞ yanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində xalqların mərdlik və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi üzrə hərbi-memorial komitəsinin fəaliyyəti barədə məsələ də qaldırılıb.

Müdafiə nazirləri müzakirəyə Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş Beynəlxalq hərbi-elmi konkursun yekunlarını çıxardıblar.

İclas iştirakçıları mühəndis qoşunlarının və radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının birgə tədbirlər siyahısından da yan keçməyiblər.

MDB iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının fikrincə, qəbul edilmiş qərarlar çoxtərəfli hərbi əməkdaşlığı MDB məkanında tərəfdaş münasibətləri formatında ardıcıl təkmilləşdirməyə və hərbi sahədə qarşılıqlı fəaliyyətə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti