Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin hərbi sahədə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyi vurğulandı, bu sahədə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabus Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakını və beynəlxalq sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı nəqliyyat təminatında ölkəmizin rolunu yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik, enerji və nəqliyyat təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu qəbul edib