...

Xələf Xələfov: Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusu üzrə razılığa gələcəkləri ehtimalı var

Siyasət Materials 23 Noyabr 2011 12:16 (UTC +04:00)
Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusuna dair Konvensiyanın mətni üzrə razılığa gələcəkləri ehtimalı var.
Xələf Xələfov: Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusu üzrə razılığa gələcəkləri ehtimalı var

Qazaxıstan, Astana, 23 noyabr /Trend, müxbir K.Konırova/

Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusuna dair Konvensiyanın mətni üzrə razılığa gələcəkləri ehtimalı var. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir.

"Xəzərin statusuna dair Konvensiyanın mətni üzrə bir çox məsələlərdə böyük irəliləyişlər var. Biz bir çox məsələlərdə razılıq əldə edə bilmişik. Danışıqlar prosesi irəliləyiş xarakteri daşıyır, getdikcə daha çox məsələlər razılaşdırılır və yaxın vaxtlarda Xəzəryanı ölkələrin Konvensiyanın mətni üzrə razılığa gələcəyi ehtimalı var", - çərşənbə günü Xələfov Astanada Trend-ə bildirib.

Nazir müavini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 30-cu iclasında iştirak edir.

"Tərəflərdə Xəzərin statusu üzrə bütün məsələlərin həllinə cəhd və iradə var, yaxın mövqelər mövcuddur və biz ümumilikdə, mətnin razılaşdırılması məsələsində nikbinik", - Xələfov bildirib.

Onun sözlərinə görə, Konvensiyanın mətni üzrə bəzi məsələlərin tənzimlənməməsi enerji-nəqliyyat layihələrinin reallaşdırlmasına maneə törətmir, çünki həm yerli, həm də beynəlxalq səviyyədə anlaşma var.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti