...

Ermənistan-Türkiyə sərhədləri açılmayacaq - səfir

Siyasət Materials 24 Noyabr 2011 19:16 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan torpaqları azad edilmədikcə Ermənistan-Türkiyə sərhədlərinin açılmayacağını bildirib.
Ermənistan-Türkiyə sərhədləri açılmayacaq - səfir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan torpaqları azad edilmədikcə Ermənistan-Türkiyə sərhədlərinin açılmayacağını bildirib.

"Ermənistan-Türkiyə sərhədləri Azərbaycan torpaqları azad edilməyənə qədər açılmayacaq", - Trend-in məlumatına görə, Kılıc cümə axşamı jurnalistlərə bildirib.

Səfir onu da əlavə edib ki, bu, rəsmi Ankaranın mövqeyidir.

Türk və erməni biznesmenlər bu gün əməkdaşlıq memorandumu imzalayıblar. Noyabrın 22-23-də Yerevanda Ermənistan-Türkiyə biznes forumu çərçivəsində imzalanan çərçivə sazişi iki ölkənin sahibkarlarının əlaqələrinin aktivləşdirilməsini, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində işgüzar strukturların lobbiçiliyini nəzərdə tutur.

Ermənistan tərəfindən bu tapşırığı Ermənistan Sənayeçilər və Sahibkarlar Şurası, Türkiyə tərəfindən isə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası (TABDC) həyata keçirəcək.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar. Bu protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onları ratifikasiya etməlidir. Türkiyə hökuməti bəyan edib ki, Ankara və Yerevan arasında münasibətlər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad etdikdən sonra bərpa ediləcək.

İki ölkə arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın tanınmamış "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Xəbər lenti

Xəbər lenti