...

Heydər Əliyev Fondunun vitse-prezidenti bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşüb

Siyasət Materials 25 Noyabr 2011 17:54 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla xanım Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyeva cümə günü Qəbələdə keçirilən "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsi çərçivəsində ABŞ-ın "Earth Force" təşkilatının prezidenti və icraçı direktoru Lisa Bardvel, Böyük Britaniyanın "EcoMuslim" təşkilatının direktoru Ömər Faruk, Dünya Təbiəti Mühafizə Fondunun (WWF) İtaliya nümayəndəsi Quido Trivellini, BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi Vondvosen Asnake Kibret, Birləşmiş Ştatların Kolorado Universitetinin ətraf mühit məsələləri üzrə Kooperativ Araşdırmalar İnstitutunun alimi Elizabet Vizerhed ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə qarşılılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə birgə proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti