...

Prezident İlham Əliyev Mavritaniyanın Müstəqillik günü münasibətilə bu ölkənin başçısına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 26 Noyabr 2011 15:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Müstəqillik günü münasibətilə bu ölkənin Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Mavritaniyanın Müstəqillik günü münasibətilə bu ölkənin başçısına təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Müstəqillik günü münasibətilə bu ölkənin Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və rifah arzulayıram", - Trend-in məlumatına görə, Prezidentin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti