...

Azərbaycanın birinci xanımı Vatikanda müqəddəs taxt-tacın dövlət katibi ilə görüşüb (FOTO)

Siyasət Materials 29 Noyabr 2011 17:45 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Vatikanda müqəddəs taxt-tacın dövlət katibi ilə görüşüb
Azərbaycanın birinci xanımı Vatikanda müqəddəs taxt-tacın dövlət katibi ilə görüşüb (FOTO)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri çərçivəsində noyabrın 29-da Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşüb.

Trend-in məlumatına görə, Kardinal Tarçizio Bertoni iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini xüsusi vurğulayıb və bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoq platformasında rolu gündən-günə güclənməkdədir. Bu baxımdan bu il Azərbaycanda keçirilmiş Beynəlxalq Humanitar Forum böyük əhəmiyyətə malikdir. Məhz həmin tədbirlərdə müqəddəs taxt-tacın təmsilçiləri də fəal iştirak ediblər.

Vatikanın dövlət katibi Azərbaycanda katolik icması üçün yaradılmış şəraitdən də məmnunluğunu qeyd etdi.

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Vatikan dövlətinin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin salamlarını Roma Papası XVI Benediktə çatdırmağı Tarçizio Bertonidən xahiş edərək, Azərbaycan dövlətinin başçısı adından Papanı ölkəmizə dəvət edib.

Xəbər lenti

Xəbər lenti