...

Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı müşahidə olunur

Siyasət Materials 30 Noyabr 2011 18:16 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 17:00-a olan məlumata görə, 21,75 faiz (251 426 seçici) təşkil edir.
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı müşahidə olunur

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 17:00-a olan məlumata görə, 21,75 faiz (251 426 seçici) təşkil edir. Trend-in məlumatına görə, bu barədə MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib.

Onun sözlərinə görə, MSK-nın bütün telefon nömrələri və "Qaynar xətti" seçkilərlə bağlı zəngləri qəbul edir.

"Bu saatadək hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Daxil olan zənglərdə seçicilər seçki məntəqəsinin yeri və adlarının siyahıda olub-olmamasını yoxlayırlar", - o deyib.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni
Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

MSK səsvermənin gedişatı barədə məlumatı həmçinin 19:00-da verəcək.

Xəbər lenti

Xəbər lenti