...

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Siyasət Materials 30 Noyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.

"Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Rumıniya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlətlərarası münasibətlərimizin inkişafı, eyni zamanda çoxşaxəli dostluq əlaqələrimizin daim möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin gündən-günə genişlənməsi ilə müşayiət olunur. Əminəm ki, iqtisadi əməkdaşlıq çərçivəsində ikitərəfli qaydada müvəffəqiyyətlə həyata keçirdiyimiz təşəbbüslərimizi ardıcıl şəkildə davam etdirərək, regional enerji layihələrinin gerçəkləşməsi işinə bundan sonra da mühüm töhfələr verəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Trayan Beseskuya möhkəm cansağlığı, işlərində uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti