Azərbaycan, Bakı, 30 noyabr /Trend/
Böyük Britanıyanın Tehrandakı səfirliyi işini dayandırıb, sonuncu britaniyalı diplomat bir neçə dəqiqə bundan əvvəl İranı tərk edib. Buna səbəb bir gün əvvəl nümayişçilərin diplomatik nümayəndəliyin binasına hücum etməsi olub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Birləşmiş Krallığın xarici işlər naziri Uilyam Heyq deyib.
Radikal əhval-ruhiyyəli iranlı tələbələr çərşənbə axşamı Böyük Britaniyanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası təşkil ediblər. Aksiya iştirakçıları Britaniyanın diplomatik nümayəndəliyinin əsas binasına daxil olub, bayrağı endirib və yandırıblar, yerinə İran bayrağını asıblar. "Frans Press" agentliyinin məlumatına görə, etirazçılar, həmçinin diplomatik nümayəndəliyin digər binasına daxil olub və oradan məxfi sənədləri oğurlayıblar. Rəsmi London etirazçıların hərəkətini pisləyib və Tehranı Vyana Konvensiyasına riayət etməyə və diplomatların təhlükəsizliyini və səfirliyin mülkiyyətini təmin etməyə çağırıb.
"Hazırda səfirlik bağlıdır, bir neçə dəqiqə bundan əvvəl Tehranı sonuncu britaniyalı diplomat tərk edib", - Heyq bildirib.