...

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı kifayət qədər qənaətbəxşdir – MSK sədri

Siyasət Materials 30 Noyabr 2011 23:48 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı 23,46 faiz (271 108 seçici) təşkil edib.
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı kifayət qədər qənaətbəxşdir – MSK sədri

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir М.Əliyev/

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı 23,46 faiz (271 108 seçici) təşkil edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin ilkin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

"Seçkilərin bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər olduğunu nəzərə alsaq qeydə alınan seçici fəallığının kifayət qədər qənaətbəxş olduğunu qeyd etmək olar", - Pənahov deyib.

O qeyd edib ki, 30 noyabr keçirilən bələdiyyə seçkiləri şəffaf, azad seçkilər kimi Azərbaycan tarixinə daxil olub.

"Hazırda 328 nəfər iddiaçı liderlik edir ki, onlardan 93 nəfəri qadındır", - MSK sədri deyib.

Pənahov qeyd edib ki, 65 dairədən 286 bələdiyyənin protokolları MSK-ya daxil olub, 1169 məntəqədən 1023-nün protokolları MSK saytına daxil edilib. "Yaxın saatlarda bütün protokollar MSK internet səhifəsində yerləşdiriləcək", - o deyib.

"Gün ərzində MSK-ya seçkilər zamanı qanun pozuntuları ilə bağlı heç bir müraciyət daxil olmayıb. Əksinə, müraciyətlər seçkilərin yüksək səviyyədə keçməsi ilə bağlı olub", - o deyib.

O bildirib ki, səhər səsvermə başlayandan MSK üzvləri bir sıra məntəqələrə baxış keçiriblər və gün ərzində bütün məntəqələrlə əlaqələr saxlanılıb.

Pənahov qeyd edib ki, səsvermə kifayət qədər yüksək səviyyədə təşkil olunub, KİV-lərin işltirakı bütövlüklə təmin olunub.

"Sabahdan başlayaraq bələdiyyələrdə seçkilərin nəticələrini əks etdirən protokollar iki gün ərzində MSK-ya təqdim olunacaq", - o deyib.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb, saat 19:00-da səsvermə başa çatıb.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşüb. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi
partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ vardı.

Xəbər lenti

Xəbər lenti