...

Metyu Brayza Bakıda diplomatik missiyasının uzadılması haqqında ABŞ Senatının qərarını gözləyir

Siyasət Materials 1 Dekabr 2011 13:04 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakıda diplomatik missiyasının davam etdirilməsi haqqında Senatın qərarını gözləyir.
Metyu Brayza Bakıda diplomatik missiyasının uzadılması haqqında ABŞ Senatının qərarını gözləyir

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir E. Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakıda diplomatik missiyasının davam etdirilməsi haqqında Senatın qərarını gözləyir. Trend-in məlumatına görə, bu barədə Brayza cümə axşamı Bakıda keçirilən insan alveri qurbanları və onların sosial reabilitasiyasına yardım modelinin inkişafı üzrə regional müşavirədə bildirib.

"Hazırda mən Senatın Prezident Obama tərəfindən Azərbaycanda səfir vəzifəsinə ikinci dəfə təqdimatımın təsdiqlənməsinə dair qərarını gözləyirəm. Bizdəki kimi, demokratik sistemdə hakimiyyətin hər qolu müstəqil səlahiyyətlərə malikdir", - Brayza deyib.

Prezident Barak Obama 2010-cu ilin dekabrında Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri postu keçmiş səfir Enn Dörsinin səlahiyyət müddətinin başa çatdığı 2009-cu ilin iyulundan boş qalmışdı.

Xəbər lenti

Xəbər lenti